×
A
A
A
Sazlamalar

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1888) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə hər iki halda “128 235 400,0” rəqəmləri “151 235 400,0” rəqəmləri ilə əvəz edilsin.
2. 2-ci maddə üzrə:
2.1. 1.1-ci və 1.2-ci bəndlərdə “17 834 800,0” rəqəmləri “17 662 900,0” rəqəmləri ilə əvəz edilsin;
2.2. 1.3-cü bənddə “76 200 000,0” rəqəmləri “76 543 800,0” rəqəmləri ilə əvəz edilsin;
2.3. 3-cü hissədə “16 335 800,0” rəqəmləri “39 335 800,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3-cü maddə üzrə:
3.1. 1-ci hissədə “5 000 000,0” rəqəmləri “10 000 000,0” rəqəmləri ilə əvəz edilsin;
3.2. 2-ci hissədə “5 000 000,0” rəqəmləri “7 000 000,0” rəqəmləri ilə əvəz edilsin;
3.3. 5-ci hissədə “2 000 000,0” rəqəmləri “3 000 000,0” rəqəmləri ilə əvəz edilsin;
3.4. 6-cı hissədə “63 735 400,0” rəqəmləri “78 735 400,0” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 avqust 2020-ci il.

Qanunlar 2020-08-13 15:45:00