×
A
A
A
Sazlamalar

“Made in Azerbaijan” onlayn biznes forumu keçiriləcək

Bakı, 13 avqust, AZƏRTAC

Sentyabrın ilk yarısında “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, Rusiya və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) idxalçılarının iştirakı ilə “Made in Azerbaijan” onlayn biznes forumu keçiriləcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, B2B görüşləri formatında keçiriləcək forum Azərbaycan ixracatçıları üçün öz məhsullarını təqdim etmək, tərəfdaş tapmaq və müqavilələr bağlamaq üçün unikal fürsət yaradacaq. Öz məhsul və xidmətlərini BƏƏ və Rusiyaya ixrac etmək istəyən sənaye sahələrinin yerli istehsalçıları forumda iştirak etməyə dəvət olunurlar. Sentyabrın 1-2-də qida sənayesi və kənd təsərrüfatı sahəsi üzrə BƏƏ idxalçıları, sentyabrın 3-4-də Rusiya idxalçıları, sentyabrın 8-9-da inşaat sənayesi sahəsi üzrə BƏƏ idxalçıları, sentyabrın 10-11-də Rusiya idxalçıları ilə görüşlər keçiriləcək.
Rusiya idxalçıları ilə görüşlərdə iştirak etmək üçün linkdən (https://b2b-rus.ceo.az/register_as_exporter-az), BƏƏ idxalçıları ilə görüşlərdə iştirak etmək üçün link (https://b2b-uae.ceo.az/register-as-exporter) vasitəsilə qeydiyyatdan keçmək olar.
“Caspian Event Organisers” şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün onlayn görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçiriləcək. Bu platforma şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.

 

İqtisadiyyat 2020-08-13 15:41:00