×
A
A
A
Sazlamalar

Polis əməkdaşları Buzovna çimərliyində boğulmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas ediblər

Bakı, 13 avqust, AZƏRTAC 

Xəzər rayonunun Buzovna qəsəbəsində çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Tural Orucov, kiçik serjantlar Fuad Əhmədov, Ayxan Hüseynli və Fəqan İbrahimov spirtli içkinin təsiri altında dənizə girərək orada boğulmaq təhlükəsi ilə üzləşən iki nəfərin həyatını xilas ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları həmin ərazidə xidmət aparan zaman paytaxt sakinləri Faiq Seyidəhmədovun və onu xilas etmək üçün suya atılan Seyidəhməd Vəliəhmədovun boğulmaq təhlükəsi ilə üz-üzə qaldıqlarının şahidi olublar. Dərhal həyatlarını təhlükə altına qoyaraq suya atılan polis nəfərləri boğulmaqda olan şəxsləri xilas ediblər. Vaxtında edilən kömək nəticəsində hər iki şəxsin həyatı xilas olunub.
Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.

Hadisə 2020-08-13 14:10:00