×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin qəbulunu “Instagram”da təbliğ edən videolar yayan daha bir şəxs həbs olunub

Bakı, 13 avqust, AZƏRTAC 

“Instagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profilin sahibi Cəlilabad rayonunun Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.
Həmin şəxs ifadəsində sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi müəyyənləşib.
Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

Hadisə 2020-08-13 14:06:00