×
A
A
A
Sazlamalar

Yevlaxda 335 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb

Yevlax, 13 avqust, AZƏRTAC

Yevlax rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.
Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda məhsul yığımı ilə yanaşı, dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də həyata keçirilir. Yevlaxlı fermerlər artıq 335 hektar sahədə təkrar qarğıdalı əkini aparıblar.
Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.

Kənd təsərrüfatı 2020-08-13 11:35:00