×
A
A
A
Sazlamalar

“Beşiktaş” birinci transferini reallaşdırıb

Bakı, 13 avqust, AZƏRTAC
Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” klubu birinci transferini edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan ayrılan Fabrise Nskala ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2017-ci ildən “Alanyaspor”da çıxış edən konqolu müdafiəçi ümumilikdə 116 oyuna çıxıb və 9 məhsuldar ötürmə edib.

İdman 2020-08-13 05:41:00