×
A
A
A
Sazlamalar

Fransada COVID-19-un ikinci dalğası başlayıb

Paris, 13 avqust, AZƏRTAC

Fransada son günlər COVID-19-a yoluxanların sayının artması narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, ötən həftələrdə gündəlik 1000 yeni yoluxma qeydə alınırdısa, bu həftə gündəlik yoluxma 2 mini keçib. Son 24 saat ərzində SARS-COV-2 virusuna 2524 yeni yoluxma qeydə alınıb.
Ölkədə son sutkada 18 nəfər insan həyatını itirib. Pandemiya başalayandan isə ölkədə COVID-19 virusundan 30 371 ölüm faktı qeydə alınıb.
Hazırda xəstəxanalarda 4891 xəstədən 379-u ağır vəziyyətdə reanimasiya şöbələrindədir.
Ölkənin 15 departamenti COVID-19 epidemiyasına görə həssas zona elan olunub. Avqustun 11-dən ölkədə COVID-19-un 2-ci dalğasının başlandığı bildirilib.
Ölkənin bütün ərazisində ictimai yerlərdə açıq və ya qapalı olmasından asılı olmayaraq, maska geyinmək məcburi qayda kimi tətbiq olunur.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-08-13 02:30:00