×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə muxtar respublika çempionatının növbəti oyunları başa çatıb

Naxçıvan, 12 avqust, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatının növbəti oyunları başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “C” qrupunun ilk görüşü “Hava Limanı” ilə “Panter” komandası arasında oynanılıb və görüş ikincinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “D” qrupunun təmsilçiləri – “Antiinhisar” və “Yaycı” komandalarının görüşündə isə birincilər hesabda geri düşmələrinə baxmayaraq, sonda qələbəni bayram ediblər – 5:4.
“B” qrupunda ilk turda qələbə qazanan “Aralıq” komandası “Şahinlər” komandası ilə qarşılaşıb. Bu görüş “Şahinlər” komandasının qələbəsi ilə başa çatıb - 3:2.
Günün ikinci oyununda “C” qrupunun təmsilçiləri – “Hava Limanı” və “Əlincə” komandaları üz-üzə gəlib. Bu görüşdə aeroport təmsilçisi 7:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu gün çempionatda ikinci turun daha iki görüşü keçiriləcək. Belə ki, saat 18:15-də “Naxçıvan Dövlət Universiteti” – “Yaycı”, 19:15-də isə “Bənəniyar” – “Prestij” oyunları oynanılacaq.

Regionlar 2020-08-12 17:59:00