×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
İclasda pandemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barəsində qısa məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Yeni Azərbaycan Partiyası da, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.
İclasda Yeni Azərbaycan Partiyasının Nəsimi, Ağdaş və Ağdam rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilib.
İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.
İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Siyasət 2020-08-12 17:10:00