×
A
A
A
Sazlamalar

Formula 1 cari ilin ikinci rübündə 24 milyon dollar gəlir əldə edib

Bakı, 12 avqust, AZƏRTAC

Formula 1 şirkətlər qrupu 2020-ci ilin ikinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 2019-cu ilin ikinci rübü ilə müqayisədə F1-in gəliri 620 milyon dollardan 24 milyon dollara enib.
Koronavirus pandemiyası səbəbindən Formula 1 apreldən iyun ayınadək bütün yarışları ləğv edib. Halbuki, ötən il həmin ərəfədə 7 yarış keçirilib. Cari mövsümə yalnız iyulda start verilib.
Nəticədə Formula 1 yalnız, sponsorluq müqavilələrindən gəlir əldə edib.

İdman 2020-08-12 16:31:00