Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək

Bakı, 12 avqust, AZƏRTAC

“Williams” komandası Formula 1 İspaniya Qran-Prisinin birinci sərbəst yürüşlərində test sürücüsü Roy Nissaniyə şans verəcək.
AZƏRTAC xəbər verir ki, israilli pilot sərbəst yürüşdə Corc Rasseli əvəz edəcək.
Hazırda Formula 2 üzrə dünya çempionatında “Trident” komandasında çıxış edən israilli sürücü 1 xalla 22 pilot arasında 18-ci yerdədir.
Barselonada Formula 1 bolidi sürəcəyi üçün həyəcanlı olduğunu deyən R. Nissani qeyd edib ki, mənim üçün İsrail bayrağını dalğalandırmaq böyük qürur olacaq. Bunu ən yaxşı formada etmək üçün hazırlaşıram.
Qeyd edək ki, Formula 1 İspaniya Qran-Prisi avqustun 14-16-da təşkil olunacaq.

 

İdman 2020-08-12 16:25:00