Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paris marafonu ləğv edilib

Bakı, 12 avqust, AZƏRTAC
Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan marafon koronavirus pandemiyasına görə ləğv edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat veriblər.
Məlumatda bildirilir ki, noyabrda keçirilməsi nəzərdə tutulan marafon epidemioloji vəziyyət və bir sıra iştirakçıların Fransaya gələ bilməməsi səbəbindən ləğv edilib.
Paris marafonu 1976-cı ildən keçirilir.

İdman 2020-08-12 15:46:00