×
A
A
A
Sazlamalar

Uşaq və yeniyetmələr üçün rəsm müsabiqəsi elan olunub

Bakı, 12 avqust, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Ümumdünya Ərzaq Gününə dair 5-19 yaşlı rəssamlar üçün rəsm müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, işlər qələm, karandaş, yağ, akril və ya akvarel boyalarından, eləcə də qarışıq vasitələrdən istifadə etməklə çəkilə, rənglənə və ya eskizlənə bilər. Müxtəlif kompüter proqramı vasitələrilə yaradılan sənət əsərlərinə də icazə verilir. Fotoşəkillərə icazə verilmir.
İşlərdə mətn hissəsi də ola bilər. Belə olan halda mətn 25 söz və ya 100 işarədən çox olmamalıdır. Çəkilmiş rəsmlər skan edilərək yalnız JPEG formatında göndərilməlidir.
Ətraflı məlumat almaq və müraciət etmək üçün www.fao.org/world-food-day/contest/en/ ünvanına daxil olun.

 

Mədəniyyət 2020-08-12 15:26:00