Velosipedçilərimiz dünya çempionatına Tovuzda hazırlaşacaqlar
Bakı, 12 avqust, AZƏRTAC
COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi velosiped idmanı üzrə U-23 və gənclər yığmalarımızın üzvlərinin Tovuza təlim-məşq toplanışına yollanmalarına şərait yaradıb.
AZƏRTAC Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək idmançılarımızın sentyabrda Türkiyədə keçiriləcək bir neçə beynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.
“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır
İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm
Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək
Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir
"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir