Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Neftçi” hazırlığı bərpa edib

Bakı, 12 avqust, AZƏRTAC

Yeni mövsümə hazırlaşan Bakının “Neftçi” futbol klubu ikigünlük fasilədən sonra məşqləri bərpa edib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib.
“Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə avqustun 12-də atılacaq.

İdman 2020-08-12 13:18:00