×
A
A
A
Sazlamalar

XXXII Ümumdünya Yay Universiadasının Atletlər kəndinin inşasına oktyabrda başlanılacaq

Bakı, 12 avqust, AZƏRTAC
2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Atletlər kəndinin inşasına oktyabrda başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Universiada-2023”ün beş kompleksdən ibarət olacaq Atletlər kəndinin ümumi sahəsi 230 min kvadratmetrdən çoxdur. İdmançılar üçün inşa ediləcək birinci yataqxana binası 1700 yerlik olacaq.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

 

İdman 2020-08-12 12:16:00