×
A
A
A
Sazlamalar

“Qarabağ” “Sabah”ın qapısından iki cavabsız top keçirib

Bakı, 12 avqust, AZƏRTAC

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ağdam klubunun komandası “Azersun Arena”da "Sabah"la qarşılaşıb. Qapalı görüşdə "Qarabağ" 2 cavabsız qolla qalib gəlib. Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş oyunda “Sabah” 2:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində, həmçinin “Sumqayıt”a (1:0), “Neftçi”yə (5:2), “Qəbələ”yə (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.

İdman 2020-08-12 01:20:00