Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Millimizin baş məşqçisi Canni De Byazi “Qarabağ”-“Sabah” oyununu izləyəcək

Bakı, 11 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi avqustun 11-də “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.
AZƏRTAC xəbər verir ki, italiyalı mütəxəssis “Azersun Arena”da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.
Altmış dörd yaşlı baş məşqçi daha əvvəl “Bank Respublika Arena”da “Sabah”-“Qəbələ” oyununa (2:0) baxıb.
Qeyd edək ki, “Qarabağ”-“Sabah” görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.

 

İdman 2020-08-11 19:00:00