×
A
A
A
Sazlamalar

“24 saat La-Manş” avtoyürüşündə tamaşaçıların iştirakına icazə verilməyəcək

Bakı, 11 avqust, AZƏRTAC

“24 saat La-Manş” avtoyürüşündə tamaşaçıların iştirakına icazə verilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə 88-ci dəfə təşkil olunacaq yürüşün təşkilatçısı ACO avtomobil klubu açıqlama yayıb.
Koronavirus pandemiyasına görə sentyabrın 19-20-nə təxirə salınan yarışın keçirildiyi avtodromun ərazisinə az sayda media nümayəndəsi buraxılacaq. Artıq yürüşə bilet alan azarkeşlərə ödədikləri pulların qaytarılmasına başlanıb.
ACO avtomobil klubunun prezidenti Pyer Fiyon deyib: “Təəssüf ki, La-Manşda təşkil olunacaq 88-ci marafon azarkeşsiz keçirilməsi ilə tarixə düşəcək. Biz çox çalışdıq ki, tamaşaçıların tribunalara buraxılmasına nail olaq. Ancaq ölkə ərazisində tətbiq olunan qadağalar buna imkan vermir. Bilirəm ki, azarkeşlər çox üzüləcəklər. Ancaq başqa çıxış yolu yoxdur”.

İdman 2020-08-11 19:00:00