“Neftçi”nin rəqibi heyətini gücləndirir
Bakı, 11 avqust, AZƏRTAC
Bakının “Neftçi” klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Şkupi” komandası heyətinə yeni futbolçular cəlb etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, klub ölkənin digər təmsilçisi “Vardar”dan Vladika Brdarovski, Ali Adem və Daniel Avramovski ilə maraqlanır.
Klubun idman direktoru Omer Bunyaku bu oyunçuların mümkün keçidi ilə bağlı danışıqların davam etdiyini söyləyib. D.Avramovski legioner həyatı yaşamaq istəyir və bu səbəbdən onun keçidi real görünmür.
Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Şkupi” matçı saat 20:00-da start götürəcək. “Şkupi” daha əvvəl Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadəni də transfer edib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir