×
A
A
A
Sazlamalar

“AzScienceNet” pandemiya müddətində fasiləsiz iş rejimində fəaliyyət göstərib

Bakı, 11 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin pandemiya müddətində fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün işçi qrupu yaradılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, işçi qrup ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Data Mərkəzin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərib.
Elmi müəssisənin əməkdaşları tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən videokonfransa texniki dəstək verilib. Pandemiya dövründə AMEA-nın əsas binasında yerləşən institutlarda videokonfransların təşkili üçün “Zoom” proqramlarının quraşdırılmasına kömək göstərilib.

Elm və təhsil 2020-08-11 18:17:00