×
A
A
A
Sazlamalar

ABŞ-da qadın tennisçilər arasında beynəlxalq turnirə start verilib

Bakı, 11 avqust, AZƏRTAC

ABŞ-ın Leksinqton şəhərində qadın tennisçilər arasında beynəlxalq turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, mükafat fondu 225 min ABŞ dolları olan WTA seriyalı turnirin birinci mərhələsində çexiyalı Mari Buzkova və britaniyalı Yohanna Konta qarşılaşıb. Görüş 1 saat 57 dəqiqə davam edib. Mübarizə çexiyalı raketka ustasının üstünlüyü ilə keçib. İlk setdə 6:4 hesabı ilə üstün olan M.Buzkova təşəbbüsü əldən verməyib. Növbəti hissədə də eyni hesabla qalib gələn tennisçi səkkizdəbir finala yüksəlib.
Daha bir görüşdə belaruslu Arina Sabalenko ilə ABŞ təmsilçisi Medison Brenql üz-üzə gəliblər. İki saat yarım davam edən mübarizədə A.Sabalenko qələbə qazanaraq mərhələ adlayıb.
WTA seriyalı turnirə avqustun 16-da yekun vurulacaq.

 

İdman 2020-08-11 18:09:00