×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində onlayn yay məktəbi davam edir

Bakı, 11 avqust, AZƏRTAC 

Azərbaycan Texniki Universitetində (AzTU) onlayn yay semestri davam edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil olunur. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formada davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində - avqustun 31-dən sentyabrın 4-dək keçiriləcək.
Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.

Elm və təhsil 2020-08-11 17:11:00