Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan millisinin sabiq baş məşqçisi “Denizlispor” ilə müqavilə imzalayıb

Bakı, 11 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Türkiyənin “Denizlispor” klubuna baş məşqçi təyin edilib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Mütəxəssis cari mövsümün dekabrından “Kayserispor”un baş məşqçisi postunda çalışıb.

İdman 2020-08-11 17:04:00