Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

MBA: “Mayami Hit” növbəti qələbəsini qazanıb

Bakı, 11 avqust, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Orlandoda keçirilən görüşdə Şərq konfransında mübarizə aparan “Mayami Hit” və “İndiana Peysers” qarşılaşıblar. İlk hissəni Mayami təmsilçiləri 23:19 hesabı ilə öndə başa vurublar. Böyük fasiləyə kimi İndiana basketbolçuları tarazlığı bərpa ediblər. Lakin növbəti iki dövrədə daha yaxşı təsir bağışlayan “Mayami Hit” yekunda 114:92 hesabı ilə qələbə qazanıb.
Komandanın üzvü Cimmi Batler 19 xal və 11 ribaundla görüşün ən yaxşı basketbolçusu olub.

 

İdman 2020-08-11 16:20:00