×
A
A
A
Sazlamalar

“İnter”in futbolçusu Aleksis Sançes zədələnib

Bakı, 11 avqust, AZƏRTAC

İtaliyanın “İnter” klubunun futbolçusu Aleksis Sançes zədələnib.
AZƏRTAC xəbər verir ki, çilili hücumçu Avropa Liqasının dörddəbir final mərhələsində “Bayer”lə görüşün (2:1) son anlarında zədə alıb.
İtaliya mətbuatı 31 yaşlı oyunçunun Avroliqanın yarımfinal görüşünü buraxa biləcəyini yazıb.
Qeyd edək ki, “İnter” yarımfinalda avqustun 16-da “Şaxtyor” – “Bazel” cütünün qalibi ilə qarşılaşacaq.

İdman 2020-08-11 16:00:00