×
A
A
A
Sazlamalar

Fikrət Sideyifzadə: Azərbaycan və Türkiyə şahmatçılarının yoldaşlıq görüşü Olimpiadaya hazırlıq xarakteri daşıyırdı

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında onlayn qaydada keçirilən sürətli şahmat üzrə dostluq görüşündə təmsilçilərimiz inamla mübarizə apardılar. Düzdür, komandamız daha güclü idi və yüksək səviyyədə oyun gözləyirdik. Bu turnir Ümumdünya Şahmat Olimpiadasına hazırlıq xarakteri daşıyırdı. Türkiyə yığması avqustun 14-də Olimpiadanın seçmə, komandamız isə 21-də final mərhələsində mübarizəyə başlayacaqlar. Hər iki komandaya uğurlar arzulayıram.
Bu sözləri qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideyifzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Baş məşqçi qeyd edib ki, altı turdan ibarət yarış maraqlı idman mübarizəsi şəraitində keçdi. Hər iki komanda Olimpiada ərəfəsində bir daha gücünü sınadı. Əminəm ki, komandalarımız bu nüfuzlu yarışda da uğurla çıxış edəcəklər.

İdman 2020-08-11 15:34:00