×
A
A
A
Sazlamalar

Göygöldə 425 arıçının sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilib

Göygöl, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC

Göygöl rayonunda 2019-cu ildə 340 arıçıya saxladıqları 7159 arı ailəsinə görə ödənilmiş subsidiya 71590 manat təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci il üçün isə arıçılara subsidiya verilməsi məqsədi ilə indiyədək 425 arıçının sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli müvafiq Sərəncamına uyğun olaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi müəyyən olunub. Bu sərəncamın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” qəbul edilib.

Kənd təsərrüfatı 2020-08-11 15:03:00