×
A
A
A
Sazlamalar

Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini müəyyənləşdirilərək yaxalanıb

Bakı, 11 avqust, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə avqustun 9-na keçən gecə İ.Səfərli küçəsindən “Nissan” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində polis əməkdaşları tərəfindən tapılıb.
Polis əməkdaşları nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şıxəliyevi saxlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-08-11 14:24:00