×
A
A
A
Sazlamalar

Diasporla İş üzrə Dövlət Komitəsinin binasında biodezinfeksiya keçidi quraşdırılıb

Bakı, 11 avqust, AZƏRTAC

Artıq bir neçə gündür ki, Diasporla İş üzrə Dövlət Komitəsinin binasının giriş qapısında biodezinfeksiya keçidi quraşdırılıb.
Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məqsəd COVID-19 pandemiyasının davam etdiyi bir şəraitdə insanların sağlamlığını daha effektiv qorumaqdır. Binaya daxil olan hər kəsin keçiddən keçərkən temperaturu müəyyən olunur və mikrodamçı ilə dezinfeksiya edilir.
Bu proses keçiddən keçən insanların öz üzərində virus daşıma ehtimalını minimuma endirir.
Mütəxəssislər bildirir ki, dezinfeksiya məhsulu sağlamlıq üçün zərərsizdir.
Qeyd edək ki, pandemiya başlayandan bu günə qədər Komitənin binası mütəmadi olaraq dezinfeksiya edilir, işə gələn əməkdaşların maska taxması, temperaturunun ölçülməsi və sosial məsafənin saxlanması kimi qaydalara ciddi əməl olunur.

Cəmiyyət 2020-08-11 13:52:00