×
A
A
A
Sazlamalar

“Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib

Bakı, 11 avqust, AZƏRTAC
İspaniyanın “Real Madrid” futbol klubu yarımmüdafiəçisi Takefusa Kubanı icarəyə verib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 19 yaşlı yaponiyalı yarımmüdafiəçi növbəti mövsümdə “Vilyarreal”da çıxış edəcək.
Qeyd edək ki, Madrid təmsilçisi T.Kubanı 2019-cu ilin yayında transfer edib. Yarımmüdafiəçi 2019-2020-ci il mövsümünü icarə əsasında “Malyorka”da keçirib.

İdman 2020-08-11 13:35:00