Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Neftçi”-“Şkupi” matçının başlanma saatı müəyyənləşib

Bakı, 11 avqust, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Şimali Makedoniyanın “Şkupi” klubu ilə avqustun 27-də “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.
“Neftçi”nin keçmiş üzvü Elvin Yunuszadə bu görüşdə “Şkupi”nin heyətində “flaqman”a qarşı oynaya bilər. Belə ki, təcrübəli futbolçu Şimali Makedoniya təmsilçisinə keçib. Bunu klubun rəsmi saytı açıqlayıb. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan E.Yunuszadə “Qarabağ”, “Sabah” və “Səbail”də də çıxış edib. Əlavə edək ki, əgər E.Yunuszadə bu oyunda meydana çıxsa, o, Avropa kuboklarında klublarımıza qarşı oynayan ilk azərbaycanlı futbolçu olacaq.

 

İdman 2020-08-11 13:18:00