×
A
A
A
Sazlamalar

Qaradağda “BMW” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı, 11 avqust, AZƏRTAC 

Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən 60-65 yaşlı kişi Bakı şəhər sakini İ.Qurbanovun idarə etdiyi “BMW” markalı avtomobillə vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-08-11 12:55:00