×
A
A
A
Sazlamalar

Qaydaları pozaraq Oğuza istirahətə gələn şəxslər cərimə olunublar

Bakı, 11 avqust, AZƏRTAC 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejiminin elan olunduğu şəhər və rayonlardan qaydaları pozaraq, istirahətə gələn şəxslərin müəyyənləşdirilərək barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları istirahət mərkəzlərinə gedən yollarda keçirilən reydlər zamanı bəzi şəxslərin qaydaları pozduqlarını aşkarlayıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Hadisə 2020-08-11 12:06:00