×
A
A
A
Sazlamalar

Vəkillər Kollegiyası aztəminatlı şəxslər üçün pulsuz hüquqi yardım aksiyası keçirib

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2020-ci il 30 iyul tarixli qərarı ilə Qurban bayramı və 30 iyul - Azərbaycan Vəkilliyinin Təşkili Günü münasibətilə respublikada bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlərin göstərilməsi üzrə aksiya keçirib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, əllidən çox vəkil qurumunun dəstək verdiyi ümumrespublika aksiyasında beş gün ərzində 650-dən çox insana şifahi və yazılı hüquqi məsləhətlər verilib. Həmçinin bir sıra şəxslər üçün məhkəmələrə müraciət məqsədilə yazılı ərizələr tərtib olunub, onların məhkəmələrdə təmsilçiliyi üçün işlər görülüb.
Bundan başqa, bir sıra vəkil qurumları tərəfindən sosial şəbəkələr vasitəsilə əhaliyə onlayn hüquqi yardım xidmətləri də göstərilib.

Sosial 2020-08-11 12:11:00