Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Abşeron rayonunda kirayə qaldığı evlərdən oğurluqlar edən şəxs tutulub

Bakı, 11 avqust, AZƏRTAC 

Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub. Araşdırma zamanı məlum olub ki, o, kirayə yaşadığı evlərdən mənzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb. M.Abdullayev bu üsulla Abşeron rayonunda bir neçə evi kirayəyə verən şəxsə ziyan vurub. Onun barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Abşeron Rayon Polis İdarəsinə və ya Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.

Hadisə 2020-08-11 12:04:00