×
A
A
A
Sazlamalar

Qobu və ətraf ərazilərdə 80-ə yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Bakı, 11 avqust, AZƏRTAC 

Abşeron rayonunun Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Həmin şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbələrində 60-dək evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini bildiriblər.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-08-11 11:45:00

Video