Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avrokubokların təsnifat mərhələsindəki oyunlar azarkeşsiz keçiriləcək

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da UEFA avrokubokların təsnifat mərhələsi ilə bağlı mühüm qərar qəbul edib.
AZƏRTAC qurumun saytına istinadla xəbər verir ki, qərara əsasən, təsnifat mərhələsindəki oyunlar azarkeşsiz keçiriləcək. Bu qərar Millətlər Liqasının oyunlarına da şamil olunacaq.
Təsnifat mərhələsinin görüşləri avqust və sentyabr aylarında baş tutacaq.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında “Qarabağ”, UEFA Avropa Liqasında isə “Keşlə”, “Sumqayıt” və “Neftçi” təmsil edəcək.

İdman 2020-08-10 18:37:00