Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Robert Levandovski UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu ada Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, İngiltərənin “Mançester Siti” komandasının müdafiəçisi Kayl Uolker, İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo və “Barselona”nın (İspaniya) forvardı Lionel Messini qabaqlayıb.
Otuz iki yaşlı polşalı hücumçu İngiltərədə “Çelsi”ni 4:1 hesabı ilə məğlub etdikləri səkkizdəbir final mərhələsinin cavab matçında 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Dörddəbir finalda “Atalanta” (İtaliya) – “Paris Sen-Jemen” (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko Madrid” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) görüşləri keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

 

İdman 2020-08-10 16:46:00