×
A
A
A
Sazlamalar

MHL-in əsas pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Bakı, 10 avqust, AZƏRTAC
Milli Hokkey Liqasında (MHL) əsas pley-off mərhələsinin bütün iştirakçıları məlumdur. Bu mərhələdən başlayaraq komandalar ənənəvi qaydada, yəni 4 qələbəyədək mübarizə aparacaqlar.
AZƏRTAC xəbər verir ki, Şərq konfransının qrup mərhələsinin sonuncu oyununda “Vaşinqton Kapitals” “Boston Bruinsi” məğlub edib. Qərb konfransının analoji yarışında isə “Dallas Stars” “Sent Luis Blyus”dan güclü olub. Günün sonuncu qarşılaşmasında isə “Kolambus Blue Cekets” klubu “Toronto Meypl Lifs”ə 3 cavabsız qol vurub. Bu nəticələrdən sonra həlledici mərhələdə qarşılaşacaq bütün cütlüklər məlum olub.
Qeyd edək ki, seriyada 4 qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

İdman 2020-08-10 16:43:00