×
A
A
A
Sazlamalar

“Arsenal” klubu yay transferi üçün 110 milyon avro ayırıb

Bakı, 10 avqust, AZƏRTAC

İngiltərənin “Arsenal” klubu yeni mövsümün transferi üçün 110 milyon avro xərcləməyi planlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, London təmsilçisi gəlir qazanmaq üçün Lukas Torreyra, Eynsli Meytlend-Naylz, Matteo Gündüzi və Şkodran Mustafi kimi futbolçuları satmaq fikrindədir.
“Topçular”ın hədəfində Tomas Parti (“Atletiko Madrid”), Qabriel Meqalaes (“Lill”, Fransa) və ötən mövsüm “Real Madrid”dən icarəyə götürdüyü Dani Sebalyos var. “Arsenal”ın bu 3 futbolçunun keçidi üçün 110 milyon avro xərcləyəcəyi gözlənilir.

İdman 2020-08-10 16:07:00