×
A
A
A
Sazlamalar

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıya gəlib

Bakı, 10 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi avqustun 10-da Bakıya gəlib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi avqustun 10-da “Əlincə Arena”da keçiriləcək “Sabah”-“Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
Canni De Byazi COVID-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.
Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

İdman 2020-08-10 15:54:00