×
A
A
A
Sazlamalar

Şərqşünaslıq İnstitutu tərəfindən keçiriləcək konfranslara tezis qəbulu yekunlaşıb

Bakı, 10 avqust, AZƏRTAC 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən keçiriləcək “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulu başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak üçün 30-a yaxın tezis qəbul olunub. Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçiriləcək.
Həmçinin AMEA-nın İctimai və Humanitar Elmlər bölmələrinin və Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda elmi konfransa da tezis qəbulu yekunlaşıb. Konfransa Azərbaycanla bərabər, Türkiyə, Misir, Hollandiya və digər ölkələrdən ümumilikdə 40-dan çox tezis təqdim olunub.

Elm və təhsil 2020-08-10 15:53:00