×
A
A
A
Sazlamalar

Neft-Kimya Prosesləri İnstitutunda Biodezinfeksiya keçidi quraşdırılıb

Bakı, 10 avqust, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun giriş qapısında Biodezinfeksiya keçidi quraşdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Biodezinfeksiya keçidi Bakıda istehsal olunur. Distant olaraq insanın temperaturunu qeydə alır. Maskasız keçməmək üçün xəbərdarlıq edir. Üç saniyə müddətində ultrabənövşəyi şüa ilə birlikdə yeni yaradılmış dezinfeksiyaedici maddə püskürməklə (duman halında) dezinfeksiya həyata keçirir.
Dezinfeksiyaedici maddə “BİOSANİS” Neft-Kimya Prosesləri İnstitutun, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR" MMC-nin, “RD Group”, “Feram Group” şirkətlərinin əməkdaşlığı ilə yaradılıb. Sərbəst xlor və formalinə malik deyil. Orqanizm üçün təhlükə yaratmır.

Elm və təhsil 2020-08-10 15:49:00