×
A
A
A
Sazlamalar

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri bəlli olub

Bakı, 10 avqust, AZƏRTAC

2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi “Şkendiya”, “Keşlə” isə Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.
Püşkatmaya əsasən təmsilçilərimiz oyunlarını öz meydanında keçirəcəklər.
COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşmalar avqustun 27-də keçiriləcək.

İdman 2020-08-10 15:49:00