×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da İsveçrənin Nyon şəhərində, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq təmsilçimiz “Qarabağ” mərhələ adlayacağı halda, “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşma avqustun 25-26-da keçiriləcək.

İdman 2020-08-10 15:45:00