×
A
A
A
Sazlamalar

Bu il Zaqataladan ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub

Zaqatala, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin birinci yarısında Zaqatala rayonunda fəaliyyət göstərən “AzRose” MMC-nin plantasiyalarından 438 ton 290 kiloqram qızılgül, 66 ton 955 kiloqram lavanda və 5 ton 900 kiloqram nanə ləçəyi tədarük olunub. Həmin müddətdə müəssisədə 121 litr qızılgül yağı, 1 ton lavanda yağı, 31 kiloqram nanə yağı, eyni zamanda, 15 ton qızılgül suyu, 8 ton lavanda suyu və 4 ton nanə suyu istehsal edilib. İlin əvvəlindən müəssisə tərəfindən ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Bildirilib ki, hazırda “AzRose” MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 0,3 hektar nanə plantasiyaları var.

Regionlar 2020-08-10 15:41:00