Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tərtər: Karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görülür

Tərtər, 10 avqust, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Tərtər rayonunda aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış 59 mobil qrup tərəfindən mütəmadi monitorinqlər aparılır. Vətəndaşlara, ictimai iaşə obyektlərində çalışan şəxslərə xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə etmələri, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunur. Karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüləcəyi nəzərə çatdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və polis şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri növbəti reyd zamanı Tərtər–Qapanlı marşrutu üzrə işləyən 59-AC-041 dövlət nömrə nişanlı avtobusun sürücüsü Paşayev Alyoşa Hüseyn oğlu, Tərtər-Qazyan marşrutu üzrə işləyən 59-BB-920 dövlət nömrə nişanlı avtobusun sürücüsü Alışov Müzəffər Qənbər oğlu, öz şəxsi avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən 07-BE-477 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cəlilov Rüfət Sərxan oğlu və 99-SU-265 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İsmayılov Çingiz Kərim oğlu karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə hər biri 200 manat məbləğində cərimə olunub.
Tərtər rayonunda koronavirusla mübarizənin səmərəliliyinin artırılması məqsədilə məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər əhalinin görə biləcəyi məkanlarda yerləşdirilib. Rayon ərazisində müxtəlif xidmətlərlə bağlı vətəndaşların daha çox müraciət etdiyi dövlət orqanlarının inzibati binaları, “Azərpoçt” MMC-nin Tərtər Rayon Şöbəsinin, Kapital Bank və Beynəlxalq Bankın rayon filiallarının, bir sıra xidmət təşkilatlarının inzibati binaları, rayon ərazisində olan apteklər, marketlər, bərbərxanalar, gözəllik salonları, bankomatlar, ödəniş terminalları mütəmadi olaraq dezinfeksiya olunur.
Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

 

Regionlar 2020-08-10 15:04:00