×
A
A
A
Sazlamalar

Türkiyədə COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı yoxlamalar keçiriləcək

İstanbul, 10 avqust, AZƏRTAC

Avqustun 11-də ölkədə yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin 81 vilayətində “Sağlamlıq üçün, hamımız üçün” şüarı altında genişmiqyaslı yoxlamalar aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Yoxlamaların aparılacağı barədə ölkənin bütün aidiyyəti qurumlarına xəbərdarlıq göndərilib.
Yoxlamalar çərçivəsində əhali arasında ölkədə postpandemiya dövrünün ilk mərhələsi olan “Nəzarətli sosial həyat”, sosial məsafə və maskataxma qaydalarına riayət edilməsinə nəzarət gücləndiriləcək.
Yoxlamaların keçirilməsində əsas səbəb son günlər Türkiyədə COVID-19-a yoluxanların sayının artmasıdır.
Yoxlamalar kafe, restoran, otel, alış-veriş mərkəzləri olmaqla ölkənin bütün sosial sahələrini əhatə edəcək.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-08-10 14:57:00