×
A
A
A
Sazlamalar

Bolqarıstanda koronavirusla mübarizə davam edir

Sofiya, 10 avqust, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində 53 yeni koronavirusa yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 13396 nəfərə çatıb. 7772 nəfər sağalıb. 447 nəfər ölüb. Xəstəxanalarda 849 nəfər müalicə olunur, 54 nəfər reanimasiya şöbəsində yerləşir.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-08-10 14:51:00